“Qarabağ“ yeni legionerinə 900 min avro ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ yeni legionerinə 900 min avro ödəyəcək

İdman

29 Avqust 2020 10:21 1241


"Qarabağ" dünən yeni transferini ictimaiyyətə təqdim etdi.

Yenisabah.az xəbər verir ki, klub uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstan "Çeno More"sində forma geyinən Patrik Andradeni heyətinə qatıb.

Kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb. 27 yaşlı legioner Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros”da da oynayıb. pizza hut

Sportinfo xatırladır ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina və Uroş Matiçlə də anlaşıb.

Andrade mərkəz xəttiylə yanaşı, müdafiənin sol cinahında, həmçinin hücumda oynaya bilir. Onun "Qarabağ"da qazancı digər legionerlərə nisbətən aşağı olacaq.

Belə ki, yarımmüdafiəçinin ilk 2 ildə gəliri 900 min avronu keçməyəcək. Kontraktın "+1" hissəsinin qüvvəyə minməsim isə həm özündən, həm də klubdan asılıdır. Çıxışından asılı olaraq, alacağı məbləğ arta, yaxud azala bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!