"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib. Dominos pizza
Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.
27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.
Telegram kanalımız