“Qarabağ” yeni oyunçular alacaq?   - Qurbanov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” yeni oyunçular alacaq? - Qurbanov açıqladı

İdman

24 Noyabr 2021 13:29 793


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off-u üçün futbolçu transfer edib-etməyəcəkləri haqda danışıb.

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün “Omoniya” (Kipr) oyun öncəsi keçirdiyi mətbuat konfrasında bununla bağlı sualı cavablandırıb.

O deyib ki, əgər futbolçu tapmasa, bu heyət yetərlidir: “Oyunçulara həddən artıq güvənirəm. Çox gözəl kollektivimiz, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istərdim. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək istəyirəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönəmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!