“Qarabağ” yeni transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” yeni transferini açıqladı

İdman

17 İyun 2025 22:59 558


"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

Klubdan Yenisabah.az-a verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense" komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edəcək. pizza hut

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense" olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense", həmçinin "Atletiko Paranaense", "Vitoriya" və "Yuventud"un şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!