“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

İdman

22 İyul 2023 10:31 978


“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib. 

Yenisabah.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb. 

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.  Toyuqlu pizza

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!