“Qarabağ”, yoxsa “Olimpiya”? - “Qol şansları olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”, yoxsa “Olimpiya”? - “Qol şansları olacaq”

İdman

24 Avqust 2023 16:15 572


“Axşam təxminən bərabər səviyyəli komandaların duelini izləyəcəyik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.

Jurnalist UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya Ljubljanac” - “Qarabağ” matçı haqqında fikirlərini bölüşüb.  pizza hut

Müsahibimiz bildirib ki, “Olimpija”nı zəif komanda hesab etmək olmaz: 

“Galatasaray”la oyunlarda bu komanda xeyli qol imkanları yaratdı. Amma problemləri odur ki, son nöqtəni qoya bilmirlər. “Qarabağ”la oyunda da belə olacaqmı? Bütün hallarda, “Qarabağ” rəqibin probleminə yox, öz üstünlüyünə güvənməlidir”. 

O, əlavə edib ki, “köhlən atlar”ın avrokubok təcrübəsi rəqibdən qat-qat üstündür:

“Futbolçuların fərdi keyfiyyəti də eynilə... Ona görə də, “Qarabağ”ı qismən də olsa, görüşün favoriti hesab etmək olar. “Galatasaray”la oyunda “Olimpiya” hücum etməyə meyl göstərdi və müdafiədə xeyli boşluqlar buraxdı. Yəni “Olimpija” həm özü futbol oynamağı sevir, həm də rəqibə oynamaq şansı verir. Belə komandalarla oyunlarda isə “atlar” özlərini rahat hiss edirlər”. 

Həmsöhbətimizin fikrincə, rəqib “Qarabağ”la oyunda da eyni taktikadan yararlansa, onda Qurban Qurbanovun komandasının qol şansları olacaq:

“Amma ələ düşən imkanları reallaşdırmaq vacibdir. Bu qarşılaşmanı daha az səhv edən və şanslardan maksimum yararlanan komanda qazanacaq. Ümid edək ki, “Qarabağ”ın səhvi az, şansları reallaşdırmaq əmsalı isə yüksək olacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!