“Qarabağ” “Zirə”ni məğlub edib “Neftçi”yə çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Zirə”ni məğlub edib “Neftçi”yə çatdı

İdman

09 Mart 2021 19:32 953


Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Qəbələdə baş tutan günün ilk matçında 4-cü yer uğrunda mübarizə aparan eyniadlı komanda “Səbail”i qəbul edib. Qarşılaşmada hər iki qol ikinci hissəyə təsadüf edib. Qonaqlar hesabı açsa da, meydan sahibləri məğlubiyyətdən qaçıb. Dördpendirli pizza

“Qarabağ” turnir cədvəlindəki qonşusu “Zirə”nin qonaq edib. Ağdamlılar matçın taleyini artıq ilk yarıda vurulan qollarla həll etməyə nail olub. Qurban Qurbanovun yetirmələri bu qələbə ilə “Neftçi”yə çatıb.

Qeyd edək ki, dünən keçirilən oyunlarda “Sabah”la “Sumqayıt” bərabərə qalıb (1:1), “Neftçi” isə “Keşlə”ni məğlub edib (3:1).

 

9 mart (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Səbail” - 1:1

Qollar: Rafael Utriq, 79 - Amil Yunanov, 57

 

17:15. “Zirə” – “Qarabağ” - 0:2

Qollar: Xayme Romero, 3, Patrik Andrade, 32


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!