“Qarabağ” Zubirlə müqaviləni uzatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Zubirlə müqaviləni uzatdı

İdman

29 İyun 2024 20:32 838


"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Dördpendirli pizza

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!