Qarabağa avtobus reysləri bərpa olunubmu?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa avtobus reysləri bərpa olunubmu?

Rəsmi

19 Sentyabr 2022 21:43 1090


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlərin təxirə salınaraq başqa tarixlərə keçirilməsi ilə bağlı açıqlama yaymışdı.

Bəs işğaldan azad edilən ərazilərə səfərlər nə vaxt bərpa ediləcək?

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir. Toyuqlu pizza

Yalnız ötən həftə bir neçə səfər təxirə salınaraq digər tarixlərə keçirilib. Səfərlərin təxirə salındığı tarixlərdən 2 gün öncə bu reyslərin sərnişinləri ilə telefon əlaqəsi yaradılaraq bu barədə onlara məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!