“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib 

İdman

22 Aprel 2024 10:03 790


Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, “Virtus” Azərbaycan çempionunun 4-cü mümkün rəqibi olub. 

Bu klub San-Marinoda çempion titulunu qazanıb. “Cırtdan ölkə” təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.  Sezar pizza

Bu üzdən də “Virtus” “Panevejis”, “Ordabası” və “Vikinqur” kimi səpələnmiş olan “Qarabağ”ın potensial rəqibidir. Macarıstanda ən güclü olan “Ferensvaroş” isə Ağdam klubu ilə eyni səbətə düşüb. 

Səpələnmişlər 

“Ferensvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

HİK (Finlandiya)

“Flora” (Estoniya)

“Klaksvik” (Farer adaları)

“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər 

“Panevejis” (Litva)

“Ordabası” (Qazaxıstan)

“Vikinqur” (İslandiya)

“Virtus” (San-Marino)

Qeyri-müəyyənlər 

TNS (Uels)

RFS (Latviya)

“Dinamo” (Batumi, Gürcüstan)

“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!