“Qarabağ”a daha 1-2 qol vura bilərdik” - “Bayer”in kapitanı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a daha 1-2 qol vura bilərdik” - “Bayer”in kapitanı

İdman

27 Oktyabr 2023 13:07 969


“Bayer”in kapitanı Robert Andrix Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qalib gəldikləri matç haqda danışıb. 

Yenisabah.az "Kicker"ə istinadən xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra verdiyi açıqlamada qeyd edib ki, daha 1-2 qol imkanları olsa da, bundan yararlana bilməyiblər: 

"Əyləncəli oldu. Sadə və anlaşılan şəkildə oynadığımız zaman şanslarımız olurdu. 5:1 hesabı qulağa yaxşı gəlir. Düzdür, istədiyimiz üç xalı qazandıq, amma daha bir-iki qol vura bilərdik. Hamı bizim büdrəyəcəyimizi gözləyir. Təhlükəli olan da budur. Biz güclü tərəfimizi bilirik. Onu da bilirik ki, bunlar təsadüfi deyil. Məşqçi heyəti və komandanın birgə əməyi sayəsində bu yerə gəlmişik".  Sezar pizza

Xatırladaq ki, "Qarabağ" və "Bayer" arasındakı ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!