“Qarabağa dair saziş hazırlanır“ - Fransa səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağa dair saziş hazırlanır“ - Fransa səfiri

Rəsmi

13 Oktyabr 2021 11:46 3257


"Fransa Rusiya və ABŞ-la Dağlıq Qarabağla bağlı uzunmüddətli müqavilə bağlamaq üçün çalışır".

Yenisabah.az bunu Fransanın Ermənistandakı yeni təyin olunmuş səfiri Anne Luyo "Azadlıq Radiosu"na müsahibəsində bildirib.

Səfir təfərrüatlar barədə məlumat verməyib, lakin ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirakını vurğulamağı zəruri hesab edib. Marqarita pizza

“Bilirsiniz ki, burada, Ermənistanda ATƏT-in Minsk qrupunun işində iştirak etmirəm. Bir həmkarım var - Fransanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi olan Stefan Viskonti. Ancaq artıq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə məmnuniyyətlə iki xarici işlər nazirinin (Ermənistan və Azərbaycan - red.) görüşünü təşkil etdik. Kiçik bir addım kimi görünə bilər, amma çox böyük bir addım idi. Ümid edirik ki, bu cür başqa həllər olacaq. Sizi əmin edə bilərəm ki, Rusiya və Amerikalı tərəfdaşlarımızla Qarabağla bağlı daha uzunmüddətli müqavilə bağlamağa yönəlmiş prosesi inkişaf etdirmək üçün çalışırıq".

ATƏT-in Minsk qrupunun aktivləşməsini gözləməyin lazım olub-olmadığını aydınlaşdıran suala Fransanı təmsil edən diplomat belə cavab verib: “ATƏT-in Minsk qrupu artıq bayaq dediyim kimi, Nyu-Yorkda artıq fəallaşıb. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!