Qarabağa icazəsiz gedən 3 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa icazəsiz gedən 3 nəfər saxlanıldı

Maraqlı

07 Mart 2022 11:09 477


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F. Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q. Məmmədov və T. Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib. pizza mizza

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F. Məmmədov və Q. Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T. Süleymanov isə cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!