“Qarabağ”a keçəcəyi deyilən Alper Potukla bağlı klub prezidentindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a keçəcəyi deyilən Alper Potukla bağlı klub prezidentindən açıqlama

İdman

31 Yanvar 2020 07:17 1468


Türkiyənin “Rizəspor” klubunun prezidenti Həsən Qartal “Qarabağ”a keçəcəyi deyilən Alper Potuk haqqında açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, klub rəsmisi açıqlamasında “Fənərbaxça”nın yarımmüdafiəçisinin keçidinə isti yanaşdıqlarını söyləyib:

“Alperin keçidini istəyirik. O, çox yaxşı futbolçudur. Gəlmək istəyərsə, alacağıq. Onu komandamızda görmək istəyirik. Amma bura gələrmi, gəlməzi, onu bilmirik. Bu barədə son qərarı özü verəcək”. pizza hut

Qeyd edək ki, İstanbul təmsilçisində çıxış edən 27 yaşlı futbolçu əsas heyətə düşə bilmədiyinə görə, klubdan ayrılmaq istəyir. Onunla “Qarabağ”ın da maraqlandığı haqqında yerli mətbuatda xəbərlər yayılıb. Ağdam klubu ilə yanaşı “Rizəspor” da Alperi heyətinə qatmaq istəyir.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!