Türkiyənin “Fərbaxça” klubunun futbolçusu Alper Potuk əsas komandadan kənarlaşdırılıb.
“Yeni Sabah” xəbər verir ki, İstanbul təmsilçisi mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim etdiyi siyahıya türkiyəli yarımmüdafiəçinin adını daxil etməyib. Buna səbəb 27 yaşlı futbolçunun “Rizəspor”a keçmək istəməməsidir. Atası xərçəng xəstəsi olan və İstanbulda müalicə alan Alperin bu səbəbdən “sarı-lacivərtlilər”dən ayrılmamaq qərarına gəldiyi söylənilir.
Qeyd edək ki, A.Potukla Azərbaycan çempionu “Qarabağ” da maraqlanırdı. Lakin maliyyə məsələlərində anlaşa bilməyən tərəflər transferi reallaşdıra bilməyiblər. Onun Ağdam klubunda oynamamasına çempionatımızın səviyyəsi də mane olub. pizza hut
Telegram kanalımız