“Qarabağ“a pis xəbər: Bədavi 6 ay oynaya bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“a pis xəbər: Bədavi 6 ay oynaya bilməyəcək

İdman

14 İyun 2021 16:15 866


Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az saytına açıqlamasında bildirib. O, milli komandanın heyətində Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən müdafiəçinin əməliyyat olunacağını və 6 ay müddətində yaşıl meydanlardan kənarda qalacağını deyib:

“Təəssüf ki, tibbi müayinələrdən sonra Bədavi Hüseynovun əməliyyata ehtiyacının olduğu üzə çıxdı. O, diz bağından zədə alıb. Bu isə futbolda ən ağır zədə hesab edilir. Ona görə də Bədavi əməliyyat olunacaq. Bu isə o deməkdir ki, futbolçu 6 ay oynamayacaq. Ümid edirik ki, bərpa müddəti daha az olacaq. Amma indiki halda görünən odur ki, Bədavi 6 ay futboldan kənarda qalacaq. Onun harada əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun olaraq onun bütün xərclərini AFFA qarşılayacaq”. Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!