“Qarabağ“a qalib gələrək, ilk xalımızı qazanmaq istəyirik“   - “Sivasspor“un baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“a qalib gələrək, ilk xalımızı qazanmaq istəyirik“ - “Sivasspor“un baş məşqçisi

İdman

02 Noyabr 2020 13:35 1146


"Vilyarreal"la oyunda olduğu kimi, "Makkabi" ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay "Radyospor"a açıqlamasında komandasının Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib: Sezar pizza

"Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. "Makkabi"ni İsraildə udacağımızı düşünürəm. Həmçinin "Qarabağ"a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!