“Qarabağ”a qarşı yenə təxribatlar ola bilər” – Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”a qarşı yenə təxribatlar ola bilər” – Proqnoz

İdman

30 Sentyabr 2021 12:00 1317


Bu gün Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.

“Qarabağ”ın bu oyunda qalib gəlmə şansı varmı?

Qol.az saytının baş redaktoru, idman yazarı Aydın Bağırov bugünkü oyunla bağlı fikirlərini Yenisabah.az-la bölüşüb: Marqarita pizza

“Hər iki komandanın durumuna baxsaq, “Qarabağı” daha hazırlıqlı görə bilərik. Təmsilçimiz daxili çempionata da yaxşı başlayıb, turnir cədvəlində liderlər sırasındadır. Lakin rəqib “Omoniya” 3 oyundan cəmi 4 xal toplayıb. Bu gün mənim üçün kağız üzərində favorit “Qarabağ”dır. Lakin unutmaq lazım deyil ki, rəqib də Kipr çempionudur və Kipr komandaları hər zaman “Qarabağ” üçün naqolay rəqib olub”.

Aydın Bağırov “Qarabağ”ın müəyyən itkiləri olduğunu da qeyd edib:

“Hazırda “Qarabağ”ın müəyyən itkiləri var. Xayme Romero, Bədavi Hüseynov, İsmayıl İbrahimli zədələrinə görə bugünkü oyunda iştirak edə bilməyəcəklər. Bu amillər müəyyən narahatlıq yaradır. Lakin onları əvəz edə biləcək ehtiyat qüvvə var.

Ümumən “Qarabağ”ın bu mövsümdəki çıxışı hər kəsi razı salıb. Konfrans liqasında “Bazel”lə oyun komandanın gündən-günə inkşaf etdiyini göstərdi. “Qarabağ” yüksək tempini bugünkü oyunda da qoruyub, saxlaya biləcək”.

İdman yazarı Kiprdə Azərbaycan komandalarına qarşı ara-sıra müəyyən təxribatların da olduğunu xatırladıb:

“Orada erməni diasporu da var. Güman edirəm ki, bu gün də həmin təxribatlar ola bilər. Lakin “Qarabağ” bir neçə dəfə Kiprlə oynadığı üçün bu arzuolunmaz məqamlara psixoloji cəhətdən hazırdır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!