“Qarabağ“a qol vuran futbolçu: “Həmin an bəxtimi sınamağa qərar verdim“

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“a qol vuran futbolçu: “Həmin an bəxtimi sınamağa qərar verdim“

İdman

28 Noyabr 2021 14:00 725


"Omoniya"nın futbolçusu Jordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la 2:2 hesablı bərabərə qaldıqları oyunla bağlı danışıb.

Yenisabah.az Kipr mətbuatına istinadən xəbər verir ki, o, meydanın mərkəzindən vurduğu qolu belə şərh edib: 

"Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu. Rəqib komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəldim. Həmin an ani qərar verib bəxtimi sınadım. Sevindirici haldır ki, istəyim reallaşdı. "Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!