Qarabağa səfər edənlər “E-Polis“dən icazə ala bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa səfər edənlər “E-Polis“dən icazə ala bilərlər

Sosial

01 Avqust 2025 16:55 382


DİN “E-Polis” mobil tətbiqi ilə Qarabağa səfərlərin mümükn olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə vətəndaşlar Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərlər. Bunun üçün tətbiqə daxil olub, ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanası seçilməlidir.

“Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Marqarita pizza

Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir. Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək. Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər.

Ən sonda məlumatları yoxlayıb “Təsdiqlə” düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa, birbaşa oraya, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək.”E-Polis” tətbiqinin günü-gündən yenilənən funksiyalarından faydalanın, yolunuz açıq və təhlükəsiz olsun”, - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!