Qarabağa suyu rus sülhməramlıları çatdırır

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa suyu rus sülhməramlıları çatdırır

Rəsmi

19 Avqust 2021 10:31 1109


Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi və Dağlıq Qarabağın ucqar bölgələrində 200-dən çox ailəyə içməli su çatdırıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində 10 gündür ki, suyun olmadığı qeyd olunur.  pizza mizza

Bundan əlavə sülhməramlı kontingentin 2 gün ərzində Dağlıq Qarabağ sakinlərinə təxminən 15 tona yaxın içməli su çatdırdığı vurğulanır.

Nəhayət, bu da bildirilir ki, su stansiyasında təmir-bərpa işləri başa çatana və Dağlıq Qarabağın şəhər və rayonlarına boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri yerli sakinləri hər gün su ilə təmin edəcəklər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!