Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 2 hərbçinin itkin düşdüyünü bildirib.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, iyulun 14-də sübh vaxtı maşınla hərəkət edən Artur Nalbandyan və Aramais Torozyan (sürücü) ilə əlaqə itib.
Bununla bağlı hələ nəticə verməyən axtarış-xilasetmə əməliyyatları başlayıb. pizza mizza
Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə Torozyan və Nalbandyanın Azərbaycan ərazisində görünməsi ehtimalı müzakirə edilir.
Hər iki hərbçinin silahsız olduğu qeyd edilib.
Telegram kanalımız