Qarabağda 2 tondan artıq çətənə kolu yandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda 2 tondan artıq çətənə kolu yandırıldı 

Maraqlı

03 İyun 2022 10:17 937


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisindəyabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!