Rusiya sülhməramlıları Qarabağda 260 hektar ərazini minalardan təmizləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Məlumata görə, Xankəndinin şimal bölgəsində təmizləmə əməliyyatı davam edir. Əməliyyat çərçivəsində ümumilikdə 260 hektar ərazi, təxminən 100 kilometr yol və 434 ev partlayıcı maddələrdən təmizlənib. Nəticədə 8 600 partlayıcı ələ keçirilib. Digər tərəfdən Qarabağda yaradılan səhra xəstəxanasında 100 uşaq olmaqla 800-dən çox mülki vətəndaşa tibbi yardım göstərilib. Dördpendirli pizza
Telegram kanalımız