Qarabağda antiterror əməliyyatı: Bu dəfə hədəf Ağdərədir!   - Şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda antiterror əməliyyatı: Bu dəfə hədəf Ağdərədir! - Şok açıqlama

Rəsmi

23 Dekabr 2022 12:32 6612


“Növbəti əməliyyatın müddəti bunun planlaşdırılmasından və nəzərdə tutulan hədəflərdən asılı olacaq”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirməsi ilə bağlı səslənən çağırışlara münasibət bildirib. Dominos pizza

Mütəxəssisin fikrincə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə uzunmüddətli əməliyyat olmayacaq. Onun qənaətinə görə, hazırda mülki əhalinin yaşamadığı və daha çox yüksəkliklərin mövcud olduğu, xüsusilə də təbii sərvətlərimizin talan olunduğu ərazilərə yaxın yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsinə zərurət yaranıb. 

Ekspert iddia edib ki, növbəti əməliyyatlar Ağdərə qəsəbəsi və Sərsəng su anbarına yaxın yerlərdə keçirilə bilər:

“Amma bunun nə zaman başlayacağı təbii ki, əməliyyatı planlaşdıran qurumdan asılıdır. Yəni müddətini və başlama zamanını onlar təyin edəcəklər. Amma ictimaiyyətdə də vahid və yekun bir rəy formalaşıb ki, “Qisas” əməliyyatının növbəti mərhələsinin keçirilməsinə zərurət yaranıb”.

“Sülhməramlıların bölgədə olması keçiriləcək əməliyyatlar çərçivəsində bizə əngəl ola bilərmi” sualına isə Ə. Verdiyev belə cavab verib:

“Biz Fərrux, Buzluq, Sarıbaba, Qırxqız, Laçın, Sus və Zabuxda əməliyyat keçirməzdən əvvəl erməni silahlılarıyla bərabər ərazidə rus sülhməramlıları da var idi. Lakin onların heç biri bizim əməliyyat keçirməyimizə mane olmadı”.

“Ümumiyyətlə, Azərbaycan ərazilərində hansısa əməliyyatın keçirilməsi yalnız və yalnız Azərbaycan dövlətinin qərarına bağlıdır və buna nə rus, nə erməni silahlısı, nə də digər bir qüvvə təsir göstərə bilməz”, – müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!