Qarabağda ermənilər arasında qarşıdurma güclənir: Araik mitinq keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda ermənilər arasında qarşıdurma güclənir: Araik mitinq keçirəcək

Rəsmi

22 İyun 2021 16:58 1280


Qondarma rejimin başçısı Araik Arutyunyan bu gün axşam saatlarında Xankəndində mitinq keçirməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.  “Son günlərdə Qarabağda yaranan daxili siyasi gərginliyi və son aylarda yığılan sualları nəzərə alaraq bu gün Xankəndindəki İntibah Meydanındakı insanlara müraciət edəcəyəm. Bəzi insanların mənə qarşı aqressiv münasibətlərinə baxmayaraq, mən bütün Qarabağ vətəndaşlarına qarşı məsuliyyət daşıyıram”,-deyə separatçı qeyd edib. O bütün erməniləri bu mitinqdə iştirak etməyə səsləyib.

Xatırladaq ki, dünən Xankəndində Arutyunyanın istefası tələbi ilə mitinq keçirilib. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!