“Qarabağda Ermənistandan olan çağırışçılar olmayacaq“ - Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda Ermənistandan olan çağırışçılar olmayacaq“ - Qriqoryan

Rəsmi

19 İyul 2022 11:23 2344


"Qarabağda Ermənistandan olan çağırışçılar olmayacaq".

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda ancaq yerli çağırışçılar "müdafiə ordusu"nda xidmətə çağırılacaq. Bu proses sentyabrdan başlayacaq. Pepperoni pizza

Armen Qriqoryan etiraf edib ki, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri "müdafiə ordusu"nun köməyinə gəlib:

"Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələri bölgədən çıxarılıb... Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!