Qarabağda nə baş verir? – Yük maşınlarımız geri qaytarıldı – Video

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda nə baş verir? – Yük maşınlarımız geri qaytarıldı – Video

Hadisə

17 Fevral 2022 12:31 8009


Bölgədəki qanunsuz erməni silahlıları Suqovuşandan hərəkət edən Azərbaycan hərbi kalonunun qarşını kəsərək hərbçilərimizi Kəlbəcərə buraxmayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərə görə, əraziyə gələn Rusiya Federasiyasının sülhməramlı kontingentinin danışıqları da heç bir nəticə verməyib.

Hərbi texnikanın bir qismi yenidən geri Suqovuşana qayıdıb. pizza hut

İddia olunur ki, 1 həftə öncə də eyni hal baş verib və tikinti materialları aparan Azərbaycan kalonu bölgədəki qanunsuz erməni hərbçiləri tərəfindən Kəlbəcərə buraxmamışdı.

Qeyd edək ki, 2020-ci ilin 25 noyabrında azad edilən Kəlbəcər rayonuna giriş sadəcə 4 istiqamətdəndir. Bunlardan birincisi Ömər aşırımı vasitəsilə Yanşaq kəndindən keçərək gedən yoldursa, ikinci yol da Laçın istiqamətindən gələn Laçın-Oğuldərə-Zülfüqarlı yoludur. Şimaldan keçən yol oktyabrdan maya qədər bağlı olduğuna görə, bölgəyə gedən ən alternativ yol Suqovuşan istiqamətindən keçərək Ağdərə-Heyvalı-Kəlbəcər yoludur ki, bu yola da hazırda slühməramlılar nəzarət edir və həmin ərazidə qanunsuz erməni silahlı birləşmələri hələ də mövcuddur.

Sonuncu yol isə Basarkeçər-Kəlbəcər yoludur ki, bu yol da hazırda bölgə üçün elə də böyük bir önəm daşımır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!