Qarabağda ruslar ermənilərin qabağını kəsdi:   1000-dən çox adam yolda qaldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda ruslar ermənilərin qabağını kəsdi: 1000-dən çox adam yolda qaldı

Rəsmi

14 Dekabr 2022 15:25 2098


Qarabağı Ermənistanla birləşdirən yolu sülhməramlıların bağlaması 1100-ə yaxın Qarabağ ermənisinin geri qayıda bilməməsi ilə nəticələnib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə qondarma qurumun Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Həmin məlumata görə, hazırda ailələrindən ayrı olan 270 uşaq Ermənistandadır. 200-ə yaxın adam isə yolun bağlanması nəticəsində Gorusda qalmaqdadır və onların əksəriyyəti uşaqlar və qadınlardır. Marqarita pizza

“Hazırda 1100 nəfərin əksəriyyəti İrəvanda məskunlaşıb. Müxtəlif ölkələrdən yenicə qayıdan bir sıra nümayəndə heyətləri, “Eurovision” müsabiqəsindən dönən şəxslər, habelə İrəvana müalicə almağa gedən şəxslərin çoxu hazırda Xankəndiyə geri qayıda bilmir”, - deyə məlumatda qeyd olunur.

Gorus şəhər merinin müavini İrina Yolyan deyib ki, şəhər icmasının rəhbəri Aruş Aruşanyan hazırda Xankəndi ilə daim əlaqə saxlayır:

“Gorus bələdiyyəsi vilayət qubernatorluğunun nümayəndələri ilə birlikdə dünəndən yolda qalan bütün “Artsax vətəndaşları”nın məişət rahatlığını təşkil edir, istənilən humanitar məsələyə operativ reaksiya verirlər. Vətəndaşlar mehmanxanalarda yerləşdirilir, yemək və bütün lazımi yardımları alırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!