Qarabağda separatçılar tərksilah edilir? 

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda separatçılar tərksilah edilir? 

Rəsmi

16 Noyabr 2022 07:36 1371


Qarabağdakı separatçıların tədricən tərksilah edilməsi prosesinə başlanılıb. 

Bu cür iddialar Ermənistan mətbuatında yayılıb.

Qeyd olunur ki, son olaraq sözügedən prosesin davamı kimi Xocavənddə yerləşən hərbi hospital bağlanıb, orada çalışanlara isə bununla bağlı heç bir açıqlama verilməyib. pizza mizza

Separatçıların qondarma deputatlarından biri olan Metakse Akopyanın sözlərinə görə, buna qədər “ordu”nun zabit heyətində ixtisarlar olub, bundan sonra daha aşağı ştatlarda da ixtisarlar həyata keçirilib: “Xankəndi hospitalında da vəziyyət eynidir. Bəzi proseslər gedir və tamamilə aydındır ki, proses tərksilah edilməyə doğru gedir”.

(Mənbə: NEWS.am)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!