Qarabağda silah ticarəti ilə məşğul olan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda silah ticarəti ilə məşğul olan şəxs saxlanıldı

Hadisə

19 Fevral 2021 17:53 967


Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağda silah ticarəti ilə məşğul olan şəxsi saxlayıb.

Yenisabah.az xəbər verir ki, Ermənistan MTX Qarabağ müharibəsi dövründə növbəti dəfə qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarətini üzə çıxarıb.

İstintaq saxlanılan şəxsin Cəbrayıl rayonunda döyüş əməliyyatında iştirak etdiyi zaman qanunsuz olaraq 45 avtomat, güllələrlə dolu 8 tapança darağı, ov silahları və ona aid patronlar, qumbaralar əldə etdiyini müəyyən edib. pizza hut

Həmin şəxs əldə etdiyi bütün silah-sursatı Syünik vilayətinin Tex kəndinə gətirərək öz tanışıgildə gizlədib. Müəyyən olunub ki, o, silah-sursatların bir hissəsini satmaq niyyətində olub. Hüquq-mühafizə orqanları onu da müəyyən edib ki. rəis müavini iki “Kalaşnikov” avtomatını öz tanışlarına sata bilib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!