Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib.
Yenisabah.az Ermənistan KİV-ə istinadən məlumat verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahlı birləşməsinin üç üzvü məhv edilib.
Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb. pizza
Leytenant David Ovsepyan isə yaralanıb.
***
Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
“Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib.
Telegram kanalımız