Qarabağda yanğınlarla bağlı son vəziyyət açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda yanğınlarla bağlı son vəziyyət açıqlandı

Sosial

27 İyul 2025 12:09 301


Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir. Sezar pizza

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!