Rus sülhməramlıları Rusiya humanitar missiyası ilə birlikdə Xanadzax və Əsgəran yaşayış məntəqələrində iki humanitar aksiya həyata keçirib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Bildirilib ki, sülhməramlılar bu müddət ərzində Qarabağdakı ermənilərə 5 tondan çox humanitar yardım göstərib.
Həmçinin Minalardan Təmizləmə Mərkəzinin mühəndis qruplarının Dağlıq Qarabağ ərazisində minalardan təmizləmə üzrə işləri davam etdirdiyi də qeyd edilib. Toyuqlu pizza
Məlumata görə, gün ərzində 17 hektar ərazi, 3 km yol təmizlənib, o cümlədən 8 bina yoxlanılıb.
Ümumilikdə, 2020-ci il noyabrın 23-dən etibarən 1835 hektar ərazi, 564 km yol, 1644 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Telegram kanalımız