“Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”

Rəsmi

28 Mart 2021 14:56 908


“Qarabağda yerli radio və ya televiziya kanallarının yaradılması təşəbbüslərini müsbət qiymətləndirirəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında media eksperti Elçin Şıxlı bildiirb. Ekspertin sözlərinə görə, Qarabağda media qurumlarının fəaliyyəti olduqca vacib və əhəmiyyətlidir:

“Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə media qurumlarının, radio və televiziyaların fəaliyyətinə ciddi ehtiyac var. Bu, son dərəcə önəmlidir. Sadəcə olaraq, bunun üçün şərait olmalıdır. Orada radio və teleiziya kanallarının, media qurumlarının mövcudluğu mütləqdir. pizza sifarişi

İşğaldan azad edilmiş torpaqlarımızda televiziyaların, radioların yaradılması mütləq və müsbətdir. Bu, orada nəfəsimizin duyulması, ayaq səslərinin eşidilməsi üçün vacibdir. Bizim Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!