Qarabağdakı ermənilər çaxnaşma içində...

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı ermənilər çaxnaşma içində...

Rəsmi

12 Aprel 2022 01:35 939


Qarabağdakı ermənilər arasında yenə çaxnaşma düşüb. Xocalının Sərdarkənd kəndində qondarma “icma rəhbəri” Azərbaycan Ordusunun irəlilədiyini deyir, separatçı-terrorçu rejim bu məlumatın doğru olmadığını sübut etməyə çalışır.

Ordumuzun mövqe dəyişikliyi haqda məlumatların dəqiqliyini MN-nin rəsmi təsdiqi olmadan demək çətindir, lakin Fərrux məsələsindən sonra Qarabağdakı erməni əhalisinin separatçı-terrorçu rejimə inamının azaldığı aydın görünür. Qaz problemi, ermənilərin musiqi zövqünün milliləşdirilməsi, ardınca Fərruxda baş verənlər bu inamsızlığın təməlini qoydu.

Bu vəziyyətin dərinləşməsi üçün Qarabağdakı ermənilərə bölgədə Azərbaycanın suverenliyinin alternativi olmadığı reallığını izah edəcək informasiya axınını genişləndirmək və bunu əməli şəkildə göstərməyə davam etmək yaxşı olardı. pizza mizza

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!