Qarabağdakı ermənilər mobil xidmətdən də məhrum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı ermənilər mobil xidmətdən də məhrum oldu

Rəsmi

16 İyun 2022 21:47 1516


Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

Bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən “Viva-MTS” şirkəti məlumat yayıb.

“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər” - “Viva-MTS”in məlumatında qeyd olunur. pizza hut

“Viva-MTS” rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!