Dağlıq Qarabağdakı qondarma erməni rejiminin nümayəndəsi Mane Tandilyanın sözlərinə görə, hazırda Dağlıq Qarabağda 120 mindən çox erməni sakin yaşayır.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, o bunu, Azərbaycan prezidenti İlham Əliyevin bəyanatına cavab olaraq bildirib. Mənbənin yazdığına görə, İlham Əliev bundan əvvəl bildirib ki, hazırda Dağlıq Qarabağda 25 min erməni sakin yaşayır.
Özünü qondarma rejimin əmək və sosial məsələlər üzrə naziri kimi təqdim edən Tandilyanın sözlərinə görə, onda olan məlumat sosial və təhsil proqramlarından faydalananların sayına əsaslanır. Dördpendirli pizza
Onun sözlərinə görə, Rusiyanın Müdafiə Nazirliyidə bu ilin yanvarında bəyan edib ki, artıq Dağlıq Qarabağa 50 mindən çox erməni sakin dönüb.
“Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Qarabağda 25 min erməni sakin yaşayır. İlham Əliyevin sözlərinə görə, onlarda müxtəlif texniki vasitələr, peyklər var və onlar neçə maşın insanın geri döndüyünü görürlər. Azərbaycan prezidenti hesab edir ki, 25 min nəfərlik sakinin statusunun müzakirəsi məntiqsizdir”-, deyə Mane Tandilyan bildirib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev hələ 44 günlük son Qarabağ savaşı zamanı və ondan sonra dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin statusundan söhbət də gedə bilməz və bu məsələ artıq qapanıb.
Telegram kanalımız