Qarabağdakı rus sülhməramlılar təkrarən peyvənd olunur

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı rus sülhməramlılar təkrarən peyvənd olunur

Rəsmi

02 Sentyabr 2021 10:41 954


Dağlıq Qarabağda 2021-ci il yanvarın 1-dək tam peyvənd kursunu başa vurmuş Rusiya sülhməramlı kontingent hərbi qulluqçularının könüllü yenidən vaksinasiyasına başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası  Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Sputnik V" peyvəndi tətbiq edilməzdən əvvəl hərbi qulluqçular PCR testindən, tibbi müayinədən keçir və birinci və ikinci komponentlərin təkrar peyvənd kursunun tətbiqi ilə əlaqədar tibb mütəxəssislərindən tövsiyələr alırlar. Marqarita pizza

İlk növbədə prioritet kateqoriyalar müşahidə məntəqələrində olan hərbçilər peyvənd olunur.

Bu günə qədər Rusiyanın sülhməramlı komponentinin 100-dən çox hərbçisi artıq Dağlıq Qarabağda koronavirus infeksiyasına qarşı peyvənd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!