“Qarabağ”dan 21-ci əsrin rekordu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan 21-ci əsrin rekordu 

İdman

18 Mart 2024 14:34 893


“Qarabağ” Misli Premyer Liqasının 27 turunda 71 qol vurub. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur. 

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.  Dördpendirli pizza

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!