“Qarabağ”dan 2,5 milyon avro istədilər - SON DƏQİQƏ 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan 2,5 milyon avro istədilər - SON DƏQİQƏ 

İdman

05 İyul 2024 18:01 1363


2023-cü ilin yanvarında «Qarabağ»ı «Krasnodar»a dəyişən Kadi Borgesin dönüşü hələ də sual altındadır. 

Düzdür, «köhlən atlar» Rusiya klubuna rəsmi təklif göndərib, braziliyalı legionerin özü də Azərbaycana qayıtmağa razılıq verib.

27 yaşlı vinger Ağdam təmsilçisinin 3 illik müqavilə təklifinə «ok» deyib. «Krasnodar»ın baş məşqçisi Murad Musayev də bu transferin gerçəkləşməsinə «yox» söyləməyib. pizza

Problem təzminatla bağlıdır. «Krasnodar» yeni mövsümün hazırlıqlarına bir müddət əvvəl başlayıb,

Kadi isə toplanışa qatılmayıb və iki klub arasında danışıqların necə yekunlaşmasını gözləyir. Ruslar gərək maliyyə şərtlərində güzəştə getsin ki, cənubi amerikalı təkrar «Qarabağ»a dönə bilsin.

Onu 5 milyon avro qarşılığında sıralarına qatmış «Krasnodar» indi bu məbləğin yarısını geri istəyir. Onlar daha 500 mindən, 1 milyon avrodan söhbət etmir, bu kimi rəqəmləri yaxına buraxmırlar.

Halbuki danışıqların ilk mərhələsində elə də yüksək məbləğlərdən danışmırdılar.

SPORTİNFO.AZ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!