“Qarabağ“dan ayrılan futbolçu danışdı:   “Şadam“

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“dan ayrılan futbolçu danışdı: “Şadam“

İdman

15 Fevral 2021 13:51 821


"Apollon"a keçdiyim üçün şadam. İddialı klubdur, qarşısında konkret hədəflər var".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Donald Gerye deyib.

Hazırda Kiprdə karantində olan haitili müdafiəçi tezliklə yeni komandasına qoşulacağını vurğulayıb: "Ötən il də bu komandadan təklif almışdım. Amma həmin vaxt "Qarabağ"ın futbolçusu olduğum üçün keçid baş tutmamışdı" pizza sifarişi

Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdn, Gerye 20 min dollar məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cinah oyunçusu karyerasını qarşıdakı 2 ildə Kiprdə - "Apollon"da davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!