"Qarabağ"ın "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXV turundakı ev oyununa giriş pulsuz olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" hesabında paylaşım edilib.
"Sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq" - deyə paylaşımda qeyd olunub. pizza
Qeyd edək ki, mayın 3-də "Azersun Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, vaxtından əvvəl Premyer Liqada çempionluğu təmin edəcək.
Telegram kanalımız