Qarabağdan bəhs edən yeni sayt fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan bəhs edən yeni sayt fəaliyyətə başladı

Maraqlı

05 Mart 2022 11:37 636


Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, “Ağdamtv.info” portalı ölkə mətbuatının bir parçası kimi, özündə Qarabağa, Ağdama aid ən son yenilikləri ehtiva edir.

Oxucular “Agdamtv.info” portalında ölkəmizdə baş verən hadisələr, maarifləndirici məqalələr, eləcə də gündəmin əsas mövzuları ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda Ağdamda gedən yenidənqurma işləri də işıqlandırılaacq. Həmçinin şəhid və qazilərimiz haqqında məlumatlara geniş yer veriləcək, dünya mediasında  Qarabağla bağlı dərc olunan məlumatlar saytda əksini tapacaq. Pepperoni pizza

“Agdamtv.info”da, həmçinin Ağdamın və Qarabağın tanınmış şəxsləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar yer alacaq.

Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!