Qarabağdan Ermənistana qanunsuz silah gətirilməsi halları artıb

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan Ermənistana qanunsuz silah gətirilməsi halları artıb

Dünya

07 Dekabr 2020 17:19 1090


Qarabağda gedən müharibə zamanı insanlara xeyli sayda silah-sursat verilməsi döyüşlər bitəndən sonra onların qeyri-qanuni dövriyyəsi təhlükəsini yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Baş Prokurorluq buna sübut kimi Qarabağdan Ermənistana qanunsuz silah gətirilməsi ilə bağlı çoxsaylı faktları və bu faktlar əsasında başladılmış cinayət işlərini əsas gətirib: “Müharibə bitəndən sonra Ermənistanda baş verən hadisələr, onlarla bağlı olan cinayətlər, o cümlədən ictimai çıxışlarda, habelə dekabrın 5-i Azadlıq meydanındakı çıxışlarda silahların qanunsuz istifədəsi ilə bağlı çağırışlar cinayət riski yaradır”. pizza hut

Bu kimi hadisələrin vətəndaşların həyatı üçün təhlükə törətdiyi vurğulanıb. 

Bununla əlaqədar Ermənistanın Baş Prokuroru Artur Davtyan Milli Təhlükəsizlik Xidməti və Ermənistanın Polis rəisinə məktub yollayaraq təxirəsalınmaz cinayət-axtarış tədbirlərinin həyata keçirilməsini təklif edib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!