Qarabağdan Ermənistana silah daşıyanlar həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan Ermənistana silah daşıyanlar həbs olundu

Hadisə

31 Mart 2021 14:28 1227


İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana silah daşıyan 39 nəfər həbs olunub və onlara qarşı rəsmi ittiham irəli sürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Həmin şəxslərdən 5 nəfərinə artıq hökm oxunub. Məhkəmə onların 2-ini 1 il, 2-ini 2 il, digərini isə 4 il müddətinə azadlıqdan məhrum edib. Marqarita pizza

Məlumata görə, 2020-ci il sentyarbın 27-dən noyabrın 9-dək davam edən döyüşlər zaman Qarabağdan silah, sursat, partlayıcı maddə və avadanlıq qaçaqmalçılığı üzrə 2021-ci il martın 15-də 95 cinayət işi başlanılıb.

Keçirilən əməliyyatlar nəticəsində “AK-74”, “AKM”, “AK-SU” avtomatları, müxtəlif çaplı tüfənglər, pulemyotlar, tapançalar, kəsici bıçaqlar, süngülər, müxtəlif tipli tank əlyehinə qumbaralar, qumbaratanlar, trotil partlayıcısı, elektrik detanator, mərmi və güllələr aşkarlanaraq müsadirə edilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!