“Qarabağ”dan qələbə, Sumqayıtda qollu heç-heçə qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan qələbə, Sumqayıtda qollu heç-heçə qeydə alındı

İdman

13 Mart 2021 21:31 813


Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Yenisabah.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turunda iki matç baş tutub.

“Qarabağ” öz meydanında “Sabah”la qarşılaşıb. Ağdam təmsilçisi qələbə qazanaraq ən azı bir günlük liderliyə yüksəlib.  Sezar pizza

“Sumqayıt” isə “Keşlə”ni qəbul edib.  Məhsuldar keçən qarşılaşmada heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Neftçi” “Səbail”i, “Qəbələ” “Zirə”ni qəbul edəcək.

13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah” - 2:0

Qollar: Filip Ozobiç, 42, Mahir Emreli, 73

 

19:15. “Sumqayıt” – “Keşlə” - 2:2

Qollar: Camaləddin Xocaniyazov, 48, Rəhim Sadıxov, 79 - Azər Salahlı, 4, 74

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!