“Qarabağ”dan son 25 ilin rekordu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan son 25 ilin rekordu 

İdman

06 May 2024 10:48 748


“Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. 

Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.  Dördpendirli pizza

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!