“Qarabağ“dan yeni transfer - Juninyo artıq Bakıdadır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“dan yeni transfer - Juninyo artıq Bakıdadır

İdman

25 İyun 2023 13:20 1269


"Qarabağ" bu yay ikinci transferini gerçəkləşdirmək ərəfəsindədir. 

Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, braziliyalı Olavia Viera dos Santos Junior (qısa adı Juninyo) Ağdam klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib. 26 yaşlı sağ vinger tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 

Qeyd edək ki, Juninyo Braziliyada "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub.  Onun klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.  Sezar pizza

Hələlik müqavilənin müddəti və təzminatın məbləği barədə məlumat yoxdur.

Qeyd edək ki, "Qarabağ" bu yay transferində son mövsümü "Zirə"də keçirmiş Hamidu Keytanı da heyətinə qatıb.(Qol.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!