“Qarabağ”dan yeni transfer - Video

“Qarabağ”dan yeni transfer - Video

İdman

26 Yanvar 2023 23:17 687


"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

Mərakeş millisinin 29 yaşlı sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!